“Bir qrup ölkələr arasında münasibətlərə aydınlıq gətirmək üçün İsrail-Fələstin münaqişəsi baş tutmalı idi. Bu müharibə İslam aləmindəki lider, hegemon ölkəni müəyyən edəcək. Burada Səudiyyə Ərəbistanı, Türkiyə, İran və Misir amili mühüm rol oynayır”.
Bu sözləri Editor.az–a İsrail – Fələstin müharibəsinin arealının genişlənərək qonşu ölkələrə təsir etməsi barədə beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib
Siyasi analitik müharibənin başlama səbəblərinə diqqət çəkib:
” G20 ölkələrinin Hindistandan İsrailə və oradan Yunanıstana yeni dəhliz elan etməsi üzərindən münaqişə başladı. Belə ki, İsrailin ərazisinin təhlükəsiz olmadığı görüntüsü yaratmaq bəzi ölkələrə xüsusilə, Rusiya Çin və İrana lazım idi. Üçüncü Dünya müharibəsinin başlaması üçün oyuna Çin, Rusiya və ya İran, ABŞ qatılmalıdır. Hazırda isə bunu sadəcə lokal münaqişə formatı adlandırmaq olar”.
//Gülnarə Abasova, Editor.az

