“Bu müharibənin məğlub tərəfi Putindir”-ŞƏRHbackend

“Bu müharibənin məğlub tərəfi Putindir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya və Ukrayna müharibəsi başlayandan bəri ekspertlərin əksəriyyətinin proqnozları, beyin mərkəzlərinin proqnoz ssenariləri özünü doğrultmayıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında  politoloq Yeganə Hacıyeva bildirib.

Onun sözlərinə görə, bir çox hallard beyin mərkəzləri, kəşfiyyat mərkəzlərinə bağlı analitiklər öz fikirlərini , hesabatlarını dərc etdikdən sonra qarşı tərəfin addımlarını korrektə edir:

“Buna görə də növbəti ayda Rusiya-Ukrayna müharibəsində tərəflərin taleyi ilə bağlı dünya mərkəzlərində ciddi ehtimal edilən ssenari yoxdur. Amma bu gün üçün təsdiqlənmiş bir neçə fakt var. Onlardan birincisi, Rusiyanın müharibədə zəif olması, ikincisi isə bütün göstəricilərə görə  Rusiyanın müharibədə qalib gələ bilməyəcəyi faktıdır. Bu müharibəni uduzan tərəf Vladimir Putindir. Özünün komandada, komandasının cəmiyyətdə nüfuzunu itirməsinə səbəb olub. Müharibə bu mərhələdə raket-zenit müharibəsinə keçir. Çünki quru əməliyyatlarla bağlı keçən il Rusiyanın uğursuz cəhdlərinə görə, bu il həmin proses davam etmədi. Ancaq Donetsk və ətraf ərazilərdə yerüstü döyüşləri gedir”.

Y.Hacıyeva qeyd edir ki, Fransanın Ukraynaya verdiyi yerüstü texnikalar Almaniyanın qıcıqlanmasına səbəb olub:

“Bu da onu göstərir ki, Fransanın məqsədi Ukraynanı uğurlu raket-zenit sistemləri ilə müdafiə və hücum ssenarisindən Rusiyanın arzu etdiyi kimi, uğursuz yerüstü mərhələyə qaytarmaqdır. Müharibənin taleyini isə Qərbin Ukraynadan nə qədər dəstək alması dəyişəcək. Hələlik görünən odur ki, Avropa özünü Ukraynada qoruyur və Rusiya hakimiyyətində isə hər gün daha çox dərinləşən antiPutinin əhval ruhiyyəsi hökm sürür. Rusiyanın əyalət və şəhər dumalarında Putinin legitimliyi ilə bağlı suallar verən məmurlar hər gün daha da artır. Bu etirazlar artan xətt üzrə gedəcək.  Ukraynadakı müharibəni Rusiya daxilində mövcud proseslərin inkişaf ssenarisi dəyişəcək. Ümumiyyətlə, hər iki tərəfə nəzər saldıqda Ukrayna ruhən güclüdür və proseslərin gedişatı da onun qalib gələcəyinə işarə edir”.

//Safura Bənnayeva, Editor.az