“Bu, müharibənin uzun müddət davam etməsinə şərait yaradacaq “- AÇIQLAMAbackend

“Bu, müharibənin uzun müddət davam etməsinə şərait yaradacaq “- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın əks-hücuma keçəcəyi ilə bağlı faktiki “dedi-qodu” xarakteri daşıyan məlumatlar uzun müddətdir ki, yayılır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, nəticə etibarilə müharibə boyu konkret genişmiqyaslı əks-hücum müşahidə edilməyib:

“Bunu stimullaşdıran amillər var. Müharibənin taleyini təkcə hərbi texnika deyil, eyni zamanda, canlı qüvvə də həll edir. Ukrayna əhalisinin döyüş bacarığı olan bir hissəsinin ölkə sərhədlərini tərk etməsi, verilən itkilər prosesə təsir göstərmiş ola bilər. Digər tərəfdən hazırda Rusiya-Ukrayna münasibətlərinin tənzimlənməsi ilə bağlı üç sənəd var. Onlardan biri Çin tərəfindən təqdim edilib. Onun da detalları bəllidir. Burada hərbi əməliyyatların dayandırılması və ərazi bütövlüyü faktoru ortaya çıxır. Amma on iki bənddən ibarət olan sənədlə bağlı nə Rusiya, nə də Ukrayana tərəfi öz mövqeyini açıqlayıb “.

Politoloqun fikrincə, prosesdə Kiyevin mövqeyi tamamilə aydındır:

“Rusların ölkə ərazisindən tamamilə çıxarılmasını vacib hesab edir. Rusiya isə konkret şərtlər açıqlamasa da indiki vəziyyətdə Krımla bağlı məsələ ümumiyyətlə gündəmdə deyil. Digər faktorlar isə nəticə etibari ilə Ukraynanın federativ ölkəyə çevrilməsinə səbəb ola bilər. Brazilya və Fransanın irəli sürdüyü sənədlər də mövcuddur. İndiki şəraitdə bu sənədlərin müzakirəsi aparılır. Proseslərin nizamlanması üçün müəyyən diplomatik səylər göstərilir. Bu addımlar tükənmədiyi üçün genişmiqyaslı əks-hücum əməliyyatının şahidi olmuruq “.

E.Mirzəbəyli qeyd edir ki, ayrı-ayrı ölkələrin media resurslarının yaydığı məlumatlarda rəsmi Moskvanın iri miqyaslı səfərbərlik etməsi ilə bağlı iddialar əks olunur:

“Amma Rusiyanın daxili ictimai rəyində tədrici səfərbərliklə bağlı müəyyən fikirlər olsa da genişmiqyaslı olmadığının qənaətindəyəm. Çünki Rusiya kifayət qədər çox itkilər verib. Bununda yerinin doldurulması üçün insanların səfərbərliyə cəlb olunması gündəlikdədir. Lakin birdən-birə 400min nəfərin çağırışı ilə bağlı rəsmi məlumat yoxdur. Əldə olan informasiyalar da bunu təkzib edir”.

Politoloq son olaraq qeyd etdi ki, vəziyyətin kimin xeyirinə dəyişəcəyi ilə bağlı fikir bildirmək çox çətindir:

“Lakin müharibənin uzun müddət davam etməsi hər iki tərəfi gücdən salır. Nəticədə uduzan hər iki tərəfdir. İki qohum xalq faktiki olaraq düşmənə çevrilib. Bu düşmənçilik uzun illər davam edəcək. Hətta müəyyən hərbi əməliyyatlar dayandırılıb nisbi sülh müqaviləsi imzalansa belə prosesin davam edəcəyi istisna deyil. Ukraynanı müdafiə edən Qərb bloku o qədər dəstək verəcək ki, bu müharibənin uzun müddət davam etməsinə şərait yaradacaq “.

//Safura Bənnayeva, Editor.az