Bu münaqişənin vasitəçilər vasitəsilə dayandırılması mümkün deyil – Vladimir Putinbackend

Bu münaqişənin vasitəçilər vasitəsilə dayandırılması mümkün deyil – Vladimir Putin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ilə münaqişənin vasitəçilər vasitəsilə dayandırılması mümkün deyil.

Editor.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Astanada keçirilən ŞƏT sammitindən sonra keçirilən mətbuat konfransında deyib: “Biz həmişə danışıqların tərəfdarı olmuşuq, ondan heç vaxt imtina etməmişik.

Yeganə sual ondan ibarətdir ki, münaqişəni vasitəçilərin köməyi ilə və yalnız onların vasitəsilə nəhayət başa çatdırmaq mənə çətin görünür. Çünki vasitəçinin yekun sənədi imzalamaq səlahiyyətinin olması ehtimalı azdır. Üstəlik, çətin ki, bu, yekun sənədin imzalanmasına gətirib çıxarsın, – deyə Vladimir Putin bildirib. “Ancaq biz, məsələn, Ərdoğanın İstanbulda danışıqlar prosesində etdiyi vasitəçilik kimi, vasitəçiliyi alqışlayırıq”.

Qeyd edək ki, iyun ayında Ukrayna prezidenti Vladimir Zelenski “The Philadelphia Inquirer”ə müsahibəsində Rusiya ilə vasitəçilərin iştirakı ilə danışıqlar apardığını etiraf edib. Nümunə olaraq o, Türkiyə ilə BMT-nin iştirak etdiyi taxıl müqaviləsini qeyd edib. Zelenskinin sözlərinə görə, bu format çox uzun müddət işlədi və “ərazi bütövlüyü, enerji və naviqasiya” məsələlərinin müzakirəsi zamanı istifadə olundu.

//Samir Qurbanov, Editor.az