Gəncə Olimpiya İdman Kompleksinin direktoru Tengiz Novruzov işdən azad olunub.
Bu barədə Editor.az-ın yerli bürosuna Tengiz Novruzov özü məlumat verib. Onun sözlərinə görə, işdən ayrılması ilə bağlı Gənclər və İdman naziri Fərid Qayıboya ərizə yazıb
“Mən ərizə yazmışam. Artıq bir neçə gündür işə çıxmıram. Öz ərizəmlə işdən ayrılıram”, – deyə T.Novruzov bildirib.
Məlumat üçün bildirək ki, T.Novruzov 2014- cü ildən etibarən Gəncə Olimpiya Kompleksinin direktoru vəzifəsində çalışıb.
//İlham, Editor.az

