Bu ölkədə “Rus dili” tədris proqramlarından çıxarılacaqbackend

Bu ölkədə “Rus dili” tədris proqramlarından çıxarılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynada “Rus dili” fənnini məktəb proqramından çıxarmaq lazımdır”.

Editor.az-ın verdiyi xəbərə görə, bu barədə aprelin 16-da “Pryamiy” telekanalının efirində Ukrayna Dövlət Dilinin Mühafizəsi üzrə Müvəkkil Taras Kremen bildirib.

“Məktəblərdə “Rus dili” adlanan bir fənnin tədrisinə gəlincə, onun digər fənlərlə əvəz olunmasının mümkünlüyü nəzərə alınmalıdır. Təhsil və elm nazirinin, eləcə də Təhsil ombudsmanının xəbərdarlığını bölüşürəm. Əgər bu tədris ilinin sonuna kimi rus dili müəllimləri heç nə keçməyiblərsə, o zaman həmin dərsləri “boş” hesab etmək olar”.

Dil ombudsmanının fikrincə, sentyabrın 1-dən “Rus dili” ləğv edilməli, “Ukrayna tarixi”, “Ukrayna dili”, “Ukrayna ədəbiyyatı”, “Riyaziyyat” və “İngilis dili” kimi fənlərin tədris yükü isə artırılmalıdır.

“Mövcud faciəvi reallıqda bütün rus rəvayətlərini gündəlik həyatdan silmək vacib bir məsələdir. İndi gələcək intibahımız üçün ən yaxşı imkanları yaratmaq lazımdır. Biz bütün dünyaya necə mübarizə aparmağı və qalib gəlməyi nümayiş etdirən böyük Avropa xalqıyıq”, – Kremen bildirib.

 //Fərrux, Editor.az