Bu ölkələrin NATO-ya qoşulması hansı problemləri yarada bilər?- “Proses hələ Ukrayna müharibəsindən əvvəl başladılıb”backend

Bu ölkələrin NATO-ya qoşulması hansı problemləri yarada bilər?- “Proses hələ Ukrayna müharibəsindən əvvəl başladılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya və İsveç iki neytral Skandinaviya ölkəsi olsalar da Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bu gün ciddi şəkildə NATO-ya daxil olmağı düşünürlər. Hər iki dövlətin yay aylarında alyansa üzv olacağı iddia edilir. Bəzi ekspertlər hesab edir ki, bu ölkələrin alyansa qoşulması ilə artıq Rusiya təhdidlərinin heç bir əhəmiyyəti olmayacaq.

Maraqlıdır bu ölkələrin NATO-ya qoşulması hansı problemləri yarada bilər?

Mövzu ilə bağlı Editor.az-ın suallarını cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, NATO-ya qoşulma hər iki ölkənin sərbəst qərarıdır:

” Hiss olunur və statistika göstərir ki, İsveç və Finlandiya ictimaiyyəti də bu qərarı dəstəkləyir. Finlandiyada isə alyansa qoşulma ilə bağlı fikirlər çoxdan mövcuddur. Çünki bu ölkə uzun müddət hərbi sahədə Sovet İttifaqı, daha sonra Rusiya ilə də əməkdaşlıq edib. Finlandiyanın tarixinə nəzər salsaq görərik ki, Rusiya ilə müxtəlif  dövrlərdə həm münaqişə edib, həm də müəyyən sahələrdə əməkdaşlıq edib. Ona görə də Finlandiyanın NATO-ya qoşulması təəccüblü deyil. Hesab edirəm ki, Finlandiya və İsveçin mümkün üzvlüyü, Rusiyanın dibindəki bu genişlənmə rəsmi Kremli həyəcanlandıra bilər, ancaq hal-hazırkı vəziyyətdə bu ölkələr üçün heç bir təhlükə yarada bilməz. Gərgin Ukrayna-Rusiya müharibəsi fonunda Moskva imkanlarını yalnız Ukrayna cəbhəsində cəmləşdirir”.

Sabiq XİN rəhbəri  yaxın yaxınlarda  Finlandiyanın Azərbaycandakı səfiri ilə görüşü zamanı sözügedən bir sıra məsələlərə münasibətini də diqqətə çəkib:

“Səfirlə görüşümüzdən belə aydın oldu ki, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı hazırlıq işləri Ukrayna müharibəsindən əvvəl başladılıb. Finlandiya XİN və ona yaxın strukturlarda bu məsələyə dair ciddi araşdırmalar prosesi uzun zamandır başlayıb və davam edir. Bu məsələ yalnız Ukrayna ilə bağlı deyil. Alyansa qoşulma hər iki ölkənin heç bir təzyiq altında olmadan öz təhlükəsizliyini təmin etməsi ilə bağlı sərbəst seçimidir.  Finlandiyanın belə bir qərar verməsi gözlənilsə də İsveç üçün bu gözlənilməz oldu. Çünki uzun müddətdir, İsveç neytral idi. Artıq 200 ildən sonra bu ölkə neytrallıqdan imtina edir və bu çox ciddi tarixi hadisədir”.

//Gülnarə Abasova, Editor.az