Bu ölkə İranı müharibə ilə HƏDƏLƏDİ: “Tehranı iki həftəyə ələ keçirərik”backend

Bu ölkə İranı müharibə ilə HƏDƏLƏDİ: “Tehranı iki həftəyə ələ keçirərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uqanda Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Muhuzi Kayneruqaba İranla bağlı qalmaqallı bəyanatla çıxış edib.

 general Tehranın nəzarətə götürülməsinin onlar üçün çox qısa zaman alacağını iddia edib.

“Tehranı ələ keçirmək üçün bizə cəmi iki həftə kifayət edəcək. Bunun üçün bir briqada kifayətdir”, – deyə Muhuzi Kayneruqaba bildirib.

Xatırladaq ki, bir müddət əvvəl baş qərargah rəisi dünyanın Yaxın Şərqdəki müharibənin tezliklə bitməsini istədiyini vurğulayıb.

O həmçinin qeyd edib ki, İsrailin məhv edilməsi və ya ona qalib gəlinməsi ilə bağlı istənilən müzakirə Uqandanın İsrail tərəfində müharibəyə daxil olması ilə nəticələnəcək.

Musavat.com