Bu ölkə liderinin anası zəlzələdən zərər çəkənlərə 50 milyon göndərdibackend

Bu ölkə liderinin anası zəlzələdən zərər çəkənlərə 50 milyon göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Məhəmməd bin Zayidin anası Şeyxa Fatimə binti Mübarək Türkiyə və Suriyadakı zəlzələ qurbanları üçün təxminən 13 milyon 600 min dollar yardım edib.

Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyinin sədri olan Şeyxa Fatimə təlimat verərək, yardım kampaniyasına 50 milyon dirhəm (13 milyon 600 min dollar) dəstək verilməsini tapşırıb.

Qeyd edək ki, bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri zəlzələlərdən zərər çəkən Türkiyə və Suriyadakı bölgələrə 100 milyon dollarlıq dəstək ayırıb. BƏƏ həmçinin zəlzələdə zərər görənlərə 640 ton yardım göndərib. Birləşmiş Ərəb Əmirlikləri Suriyaya 7 təyyarə ilə ərzaq ləvazimatları və 515 çadır göndərib. Tam təchizatlı səyyar səhra xəstəxanası və axtarış-xilasetmə qruplarını daşıyan 15 təyyarə isə Türkiyəyə göndərilib.

Kanal.az