Bu ölkə Putinə görə NATO-dan qovula bilər – Generaldan şok mesajbackend

Bu ölkə Putinə görə NATO-dan qovula bilər – Generaldan şok mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Macarıstan Baş naziri Viktor Orban NATO-ya üzv ölkələri şantaj edərsə, ölkəsi alyansdan çıxarılmalıdır”.

Bunu Polşa Quru Qoşunlarının keçmiş komandanı general Valdemar Skşipçak deyib.

General Macarıstan hakimiyyətinin kimin tərəfində olduğunu seçmək üçün kifayət qədər vaxtının olduğu qənaətindədir. Skşipçak vurğulayıb ki, NATO Macarıstana ağlını başına yığmaq üçün kifayət qədər vaxt verib.

“Əgər Macarıstan Putinin tərəfindədirsə, o zaman o, “sarı vərəqə” göstərib deyilməlidir: mövqeyinizi dəyişməsəniz, NATO-dan çıxın”, – general bildirib.

Onun sözlərinə görə, Macarıstanın NATO-da şantajını dayandırmaq lazımdır: “Əgər Orban NATO-nu şantaj etmək istəyirsə, o zaman Macarıstan alyansdan çıxarılmalıdır”.

Polşalı hərbçi qeyd edib ki, Macarıstan Orbanın mövqeyinin NATO-nun birliyinə zərər vurduğunu açıq şəkildə bildirməlidir, ona görə də ölkə ya alyansın yanında, ya da ona qarşı olacaq.

“İkinci halda belə bir Macarıstan lazım deyil, bu, alyans üçün siyasi-iqtisadi yükdür. Orban kimi mövqeyə malik ölkələrə NATO-da yer ola bilməz”, – Skşipçak əlavə edib.

Teleqraf.com