ABŞ-da koronavirusdan ölənlərin sayı rekord həddə çatıb.
Editor.az Nyu-York Post-a istinadla xəbər verir ki, bu ölkədə bir sutkada ölənlərin sayı 3000-i keçib. Ümumiyyətlə isə ABŞ-da hər gün ortalama 200 min nəfərin koronavirus testi pozitiv çıxır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ABŞ-da bugünədək 15 milyonadək koronavirusa yoluxub. Bu ölkədə 296 mindən çox insan Covid-19-un qurbanı olub.

