Bu ölkədə “Facebook” və “İnstagram”-a məhdudiyyət tətbiq olunubbackend

Bu ölkədə “Facebook” və “İnstagram”-a məhdudiyyət tətbiq olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada parlamenti üzərində işlənilən “C-18 Onlayn Xəbər Aktı”nın qəbul edilməsinə səs verib.

Editor.az xarici mediaya istinadən bildirir ki, qanuna görə, “Meta” və “Google” kimi rəqəmsal platformalar xəbər yayımçılarına saytda dərc etdikləri xəbərlər üçün pul ödəməyə borcludurlar.

Kanada hökuməti qanunun xəbər sənayesinin sağ qalmasını təmin etmək və xəbər biznesləri ilə əsas rəqəmsal platformalar arasında bərabərliyi təmin etmək üçün qəbul edildiyini vurğulanıb.
“Bu yeni qanun ən böyük rəqəmsal platformalardan Kanada xəbər şirkətləri ilə öz xidmətlərində xəbər məzmunundan istifadə etmək üçün ədalətli danışıqlar aparmağı tələb edəcək”.

“Meta” qanun qəbul edildikdən sonra “Facebook “və “Instagram”-dan Kanada istifadəçiləri üçün xəbər məzmununu bağlayıb.

//Safura Bənnayeva, Editor.az