Bu ölkədə hərbçilər səhvən kəndlilərə atəş açdı, azı 14 nəfər həlak oldubackend

Bu ölkədə hərbçilər səhvən kəndlilərə atəş açdı, azı 14 nəfər həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az report-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı polisdəki mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, təhlükəsizlik qüvvələri üsyançılarla mübarizə üçün əməliyyat planlaşdırıb. Lakin yaxınlıqdakı kəndin sakinlərini üsyançılarla səhv salıblar. Nəticədə hərbçilər bir neçə mülki şəxsi güllələyiblər.

Bunu görən digər kənd sakinləri də hərbçilərə hücum edib, mənbənin sözlərinə görə, hərbçilər özünümüdafiə məqsədilə atəş açıb, nəticədə daha bir neçə dinc sakin və bir əsgər həlak olub.

Hindistanın daxili işlər naziri Amit Şah özünün tviterdəki səhifəsində həlak olanların ailələrinə başsağlığı verib. Onun sözlərinə görə, dövlət komissiyası hadisə ilə bağlı hərtərəfli araşdırma aparacaq.