Bu ölkədə məşhur astroloq Milli Banka işə götürüldü – FOTObackend

Bu ölkədə məşhur astroloq Milli Banka işə götürüldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya Milli Bankı ölkədə tanınmış astroloq Minervanı işə götürüb.

Təyinatla bağlı “Adevarul” portalı Milli Bankdakı mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunub ki, o, direktorun inzibati xidmətlərə cavabdeh katibi vəzifəsində çalışacaq.

Minerva özü də təsdiqləyib ki, bundan sonra ölkənin Milli Bankında işləyəcək.

O, pərəstişkarlarına “Mən indi rəhbər vəzifədəyəm” deyə müraciət ünvanlayıb:

“Təəssüf ki, artıq təxmin etmək hüququm yoxdur, amma bu heç nə demək deyil”.

Vurğulanıb ki, astroloq podkast işə salmaq niyyətindədir.

Məşhur astroloqun əsl adı Qabriela Dimadır, onun indi 64 yaşı var. Rumıniya mətbuatının yazdığına görə, xanım müxtəlif sahələr üzrə məzundur: hüquq, aktyorluq və psixologiya.

Publika.az

  •