Bu ölkədə yenidən komendant saatı tətbiq edildibackend

Bu ölkədə yenidən komendant saatı tətbiq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordaniya hökuməti “COVID-19″a yoluxma sayının artması fonunda ciddi məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, Krallığın Baş naziri Bişer Al-Hasaun komendant saatının (saat 22:00-dan 06:00-dək) yenidən başlanmasına dair sərəncam verib.

Cümə günləri bir saat ərzində piyada məscidə ibadət etməyə getmək icazə verilir.

Baş nazir, həmçinin maska rejimini pozanlara və sosial məsafəyə riayət etməyənlərə qarşı pul cərimələrinin artırıldığını elan edib. Sanitar-epidemioloji normalara etinasızlıqlarına görə müəssisə və ticarət obyektlərinin, həmçinin qadağan olunmasına baxmayaraq, qəlyan verilən kafe və restoran sahibləri 4 min dollardan artıq məbləğdə cəzalandırıla bilərlər.

Statistikaya əsasən, 2020-ci il martın 10-dan indiyədək Krallıqda koronavirusa 376 441 nəfər yoluxub, 4 611 nəfər bu virusun qurbanı olub, 341 021 pasiyent sağalıb.

Loading...