Ukraynanın NATO-ya sürətlə qəbul edilməsinin tərəfdarı olmayan ABŞ və Almaniyaya daha bir neçə ölkə qoşulub.
Editor.az bildirir ki, bu barədə “Politico” ABŞ və NATO administrasiyasındakı mənbələrə istinadən yazıb. Onların fikrincə, Alyansın bəzi əsas üzvləri Rusiya ilə müharibəyə cəlb olunmaqdan qorxurlar.
Məsələn, Macarıstan və Slovakiya hakimiyyəti “ümumiyyətlə Kremlpərəst mövqe tutur”. Mənbələr iddia edir ki, Ukraynanın tez bir zamanda Alyansa qoşulmasını istəməyən bir sıra ölkələr fərqli taktika seçib – “kölgədə gizlənmək”. Xüsusilə, Belçika, Sloveniya və ya İspaniya “ABŞ və Almaniyanın arxasında gizlənir”, – NATO rəsmilərindən biri deyib.
İkincisi, bu dövlətlərin hakimiyyəti ideya səviyyəsində Kiyevin bloka qəbulunu dəstəkləyir, lakin o, həyata keçməyə yaxınlaşan kimi açıq etiraz etməyə başlayacaqlar. Məqalədə deyilir ki, bu, onları Ukraynanın Baltikyanı ölkələr və Polşa kimi fəal müttəfiqləri ilə ziddiyyət təşkil edir və onlar öz yerlərini “Berlin və Vaşinqtonun vahid cəbhəsinə” buraxmalı olurlar.
“Politico”ya danışan rəsmilər ehtiyatla vurğulayıblar ki, nə ABŞ, nə də Almaniya Ukraynanın Alyansa qoşulma ehtimalını istisna etmir. Nəşr xatırladır ki, Amerika prezidenti Co Bayden deyib ki, NATO-ya qəbul müharibə başa çatdıqdan sonra baş verəcək. Almaniya kansleri Olaf Şolz Baydenin Almaniyaya son səfəri zamanı deyib ki, NATO “müharibənin tərəfi olmamalıdır ki, bu müharibə daha da böyük fəlakətə çevrilməsin”.
//Samir Qurbanov, Editor.az

