“Avropa İttifaqının (Aİ) növbəti sammitində Ukraynanın Avropa İttifaqına üzvlük məsələsinə üzv ölkələr tərəfindən müsbət yanaşma olacaq. Tam üzv kimi qəbul etməsələr də namizəd kimi qebul edə bilərlər”.
Bu fikirləri Editor.az-a açıqlamasında diplomat, politoloq Fikrət Sadıxov deyib.
Politoloq Ukrayna ilə yanaşı, Bosniya və Herseqovina, Gürcüstan və Moldovanın da İttifaqa üzvlük məsələsinə toxunub:
” Onların üzvlüyünə fərqli konteksdən baxılacaq. Çünki hələ ki onlara bir şərtlər irəli sürüləcək. Həmin ölkələr müəyyən prosedurları keçməlidirlər. Digər tərəfdən isə Rusiya bu məsələyə çox qısqanclıqla yanaşır və əlindən gələni edəcək ki, bu baş tutmasın. Çünki onlar hesab edir ki, Moldova və Gürcüstan postsovet məkanında yerləşən keçmiş Sovet respublikalarıdır və onların əsas maraq dairəsi Rusiyada cəmləşir. Təbii ki Rusiyanın fikirləri bu prosesə təsir edə bilməz. İstisna deyil ki, bu respublikalarda yeni təxribatlar törədilsin. Çünki hər iki ölkədə Rusiya qoşunları var. Bu da özü-özlüyündə təhlükəli bir amildir”.
//Gülnarə Abasova, Editor.az

