” Bu, ondan xəbər verir ki…”- Paşinyanın SON AÇIQLAMALARI ilə bağlı AKTUAL ŞƏRHbackend

” Bu, ondan xəbər verir ki…”- Paşinyanın SON AÇIQLAMALARI ilə bağlı AKTUAL ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşdə bildirib ki, Soçi və Brüssel görüşündən sonra İrəvan və Bakı addım-addım yeni mərhələyə doğru irəliləyir. Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti bu istiqamətdə irəliləmək üçün bütün imkanlardan istifadə edəcək.

Maraqlıdır, Paşinyanın Soçi və Brüssel görüşlərindən sonra Paşinyanın səsləndirdiyi son fikirlər nəyə hesablanıb?

Mövzu ilə əlaqədar Editor.az-a danışan beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Paşinyanın bu mesajları  razılaşmaların daha əvvəl baş tutduğundan xəbər verir:

” Paşinyan sadəcə mənsub olduğu iqtidara mesaj verməyə çalışırdı ki, guya razılaşmaların hamısı sonuncu Brüssel görüşündən sonra baş tutub. Əslində Soçidə atılmış imzalar növbəti dəfə öz təsdiqini Brüsseldə tapdı. Nikol Paşinyan daxili siyasətdə hakimiyyəti uğrunda mübarizə aparır. Paşinyanın erməni xalqına verdiyi əsas mesajlardan biri odur ki, onun arxasındakı güc Qərbdədir və demokratik Qərb dünyası guya onu dəstəkləyir. Düşünür ki, bunun müqabilində Ermənistana külli miqdarda yardım alacaq. Lakin Nikol Paşinyanın istəkləri baş tutmur. Soçi və Brüssel görüşlərindən sonra artıq dəmir, avtomobil yollarının çəkilişinə başlanıb, ardınca Bakı ilə İrəvanın birbaşa yolları koordinasiya olunmuş şəkildə fəaliyyətə başlayacaq. Paşinyanın reallığı qəbul etməsi müsbət haldır və qəti şəkildə bu mesajları dayandırmaq olmaz. Problemlərin həllinə mane ola biləcək bütün amilləri aradan qaldırmaq lazımdır və nəticə etibarilə Azərbaycanın möhtəşəm qələbəsindən etibarən davam edən diplomatik üstünlüyü əldə saxlamaq lazımdır”.

//Gülnarə Abasova, Editor.az