“Bu, Paşinyanın həm hakimiyyəti, həm şəxsi təhlükəsizliyini təhdid altına alacaq”- ŞƏRHbackend

“Bu, Paşinyanın həm hakimiyyəti, həm şəxsi təhlükəsizliyini təhdid altına alacaq”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son vaxtlar Rusiya ilə Ermənistan arasındakk gərginlik artmaqdadır. Bu, həm də Qərbin diktəsi ilə baş tutur. Çünki Ermənistan hakimiyyəti özbaşına bu qədər riskli addımlar ata bilməz. İstisna deyil ki, Qərb Ermənistana təhlükəsizlik təminatı verib”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Kənan Novruzov deyib.

Onun sözlərinə görə, hazırda Moskva ilə İrəvan arasındakı gərginlik bir neçə aspektdə müşahidə olunur:

“Bunlardan biri Ermənistanın KTMT-dən çıxması məsələsidirsə, digəri rus hərbiçilərinin İrəvan hava limanını tərk etmələri xəbəridir. Ermənistan tərəfindən bununla bağlı Rusiyaya bildiriş göndərildi. Rusiya isə məsələyə soyuqqanlı yanaşacaq. Müəyyən müddətdən sonra rus hərbiçiləri İrəvan hava limanını birdəfəlik tərk edə bilər. Bu isə özlüyündə Rusiyanın Ermənistandakı təsir gücünü az da olsa zəiflədə bilər. Eyni zamanda, Rusiya-Ermənistan münasibətlərində daha radikal mərhələnin əsaslarını qoya bilər. Bundan sonra belə bir sual yaranır ki, rus hərbiçiləri hava limanından çıxacaqlarsa, Qarabağdakı ” sülhməramlıları”nın missiyaları da sonlanacaqmı? Bu isə maraqlı nüansdır. İndiki halda Azərbaycanla Ermənistanın mövqeyi eyni deyil. Azərbaycanın Ermənistanla müqayisədə Qərblə münasibətləri soyuq, Rusiya ilə isə normaldır. Rəsmi Bakı Moskvanın yavaş-yavaş regiondan çıxma perspektivindən, Cənubi Qafqazdakı mövqeyinin zəifləməsindən istifadə edə bilər. Hesab edirəm ki, Ermənistanın arxasında Qərb dayanırsa, ona təhlükəsizlik təminatı verirsə, bu, ciddi məsələdir.

Moskva hələ ki soyuqqanlı davranır və başa düşür ki, Ermənistanın hazırda atdığı addımlar Qərbin beyninin məhsuludur. Perspektivdə Rusiya ona qarşı hələ ki, ikinci cəbhə açılmasını istəmir. Ancaq Moskva sona qədər bu qədər təmkinli davranmayacaq. Müəyyən mərhələdən sonra Ermənistana qarşı adekvat addımlar atıla bilər ki, bu da Paşinyanın həm hakimiyyəti, həm şəxsi təhlükəsizliyini təhdid altına alacaq”.

//Gülnarə Abasova, Editor.az