Hollandiya hökuməti cins pişiklərlə bağlı yeni qanun hazırlayır.
News24.az xəbər verir ki, 1 yanvar 2026-cı il tarixindən etibarən Şotlandiya və Sfenks pişiklərini sahiblənmək qadağan edildi.
Belə ki, Scottish Fold pişikləri xarakterik qırıq qulaqlarına görə oynaq və qığırdaq problemləri ilə üzləşirlər. Sfenks pişikləri isə tüksüz quruluşlarına görə dəri problemləri və həssaslıq problemləri yaşayırlar.
Bu vəziyyətin pişiklərin həyat keyfiyyətini aşağı saldığına diqqət çəkən səlahiyyətlilər, qanunun heyvanların rifahını qorumağı hədəflədiyini ifadə edib.
Qadağa yalnız yeni pişik sahibi olmaq istəyənləri əhatə edəcək. Artıq Şotlandiya və ya Sfenks pişikləri olan sahiblər bu heyvanları saxlamağa davam edə biləcəklər.
Onu da qeyd edək ki, bu pişiklərin pişik yarışmalarında və şoularında iştirakına da qadağa qoyulacaq.