“Bu, Prezident İlham Əliyevin böyük uğurudur” – Rene van der Lindenbackend

“Bu, Prezident İlham Əliyevin böyük uğurudur” – Rene van der Linden

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Qarabağ müharibəsində qələbə həqiqətən də Azərbaycan Prezidenti İlham Əliyevin böyük uğurudur.

Bunu Niderland Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının keçmiş prezidenti, Niderland-Azərbaycan dostluq qrupunun sədri Rene van der Linden deyib.

O bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsi və azərbaycanlı məcburi köçkünlərin doğma evlərinə qayıtmasının təmin olunması Prezident İlham Əliyevin prioritetlərindən biri idi.

Onun sözlərinə görə, 30 ilə yaxın işğal altında qalmış torpaqların azad edilməsi bütün Cənubi Qafqazın inkişafına təkan verəcək:

“Azərbaycan son onilliklər ərzində sürətlə inkişaf edirdi. Prezident İlham Əliyev hər zaman ölkənin infrastrukturuna, logistikasına və təhsilinə investisiyalara böyük diqqət ayırırdı. İndi də Dağlıq Qarabağ çiçəklənməyə başlayacaq ki, bu da bütün regionun inkişafına təkan verəcək”.

O, ümidvar olduğunu bildirib ki, Cənubi Qafqazda sülh regionun daha da inkişaf etməsini təmin edəcək, bölgədə dövlətlərarası münasibətlər daha da stabil olacaq:

“Azərbaycan bundan sonra da mədəniyyətlərarası və dinlərarası dialoqa xidmət edəcək”. (Trend)