“Bu problem həll edilə bilər, amma Türkiyə…” – Finlandiyanın sabiq baş naziribackend

“Bu problem həll edilə bilər, amma Türkiyə…” – Finlandiyanın sabiq baş naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın keçmiş baş naziri və xarici işlər naziri Aleksandr Stubb Türkiyənin təhlükəsizlik problemlərinin həll edilməli olduğunu söyləyib.

Editor.az teleqraf.com-a istinadən bildirir ki, sabiq nazir bu barədə “Anadolu”ya müsahibəsində danışıb.

“Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı nəzərə alınmalıdır. Anladığım qədərilə bunlardan biri PKK, digəri isə silah embarqosu ilə bağlıdır, – deyən Stubb Türkiyənin “F-35″lərə olan son tələbinin birbaşa Finlandiya və İsveçlə əlaqəli olduğunu da bildirib.

Sabiq hökumət başçısı əlavə edib:

“İndi, mənim təcrübəmə görə, bu problemlər həll edilə bilər, lakin bu narahatlıqları aradan qaldırmaq üçün tədbirlər görülməlidir”.

Stubb İsveç və Finlandiyanın NATO-ya qəbul edilməsinin birliyə mühüm töhfə olacağını vurğulayıb:

“NATO-ya uyğun ölkələrik, amma Türkiyənin narahatlığı ciddi qəbul edilməlidir. Həll yolunun tapılacağına ümid edirəm”.

Finlandiyanın Türkiyənin Avropa Birliyinə (AB) üzvlük prosesini dəstəklədiyini xatırladan Stubb qeyd edib: “Türkiyə ilə Finlandiya arasındakı əlaqələr həmişə çox yaxşı olub”.