“Bu proseslərin arxasında Fransa dayanır”- ŞƏRHbackend

“Bu proseslərin arxasında Fransa dayanır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı tərəfindən Azərbaycan-Ermənistan sərhədinə göndərilən mülki missiyanın fəaliyyəti qeyri-qanunidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.


Onun sözlərinə görə, missiyanın həmin ərazidə yerləşdirilməsi Azərbaycanın razılığı əsasında olmalıydı:

“Amma bu, baş tutmadı. Həmin addım onu göstərir ki, Avropa İttifaqı beynəlxalq hüququn norma və prinsiplərini pozur. Bundan əvvəl də Ermənistan tərəfindən sərhədboyu ərazilərdə yerləşdirilən və müddəti 2 ay olan missiya da bir sıra təxribatçı açıqlamalar verərək münaqişənin yenidən gərginləşdirilməsinə xidmət edən fəaliyyət göstərdi. Biz sözügedən missiyadan sülh prosesinə müsbət addım atacaq ciddi hərəkətin olacağını gözləmirdik. Əksinə hesab edirəm ki, regionla bağlı öz maraqlarına uyğun addımların atılması gözləniləndir”.

Politoloq qeyd edir ki, missiyanın göndərilməsinin arxasında elə Fransa dayanır:

“Bütün cəhdlə regiona yenidən qayıtmağa çalışır. İkinci Qarabağ müharibəsindən sonra Fransanın regionda varlığı sıfıra endirilib. İki illik mandata sahib olan missiya nəinki sülh danışıqlarına töhfə verəcək, əksinə gərginliyi daha da artıracaq. Burada digər məsələ isə Ermənistan üzərində Rusiya-Qərb qarşıdurmasıdır. Mahiyyət etibarilə bu cür fəaliyyət regionun təhlükəsizliyini şübhə altına atır”.

//Safura Bənnayeva, Editor.az