“Bu, Putin, Zelenski və Quterreşlə münasibətlər sayəsində mümkün oldu” – Ərdoğanbackend

“Bu, Putin, Zelenski və Quterreşlə münasibətlər sayəsində mümkün oldu” – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün “taxıl dəhlizi”nin bərpasını diplomatik uğur adlandırıb.

Ərdoğan taxıl sövdələşməsinin Rusiya prezidenti Vladimir Putin, Ukrayna lideri Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə “balanslaşdırılmış münasibətlər” sayəsində bərpa edildiyini bildirib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan noyabrın 2-də Rusiya ilə taxıl dəhlizinin işinin bərpası ilə bağlı razılığa gəldiyini bildirib.

Elə həmin gün Rusiya Müdafiə Nazirliyi Moskvanın taxıl müqaviləsində iştirakını bərpa etdiyini təsdiqləyib.

Nazirlikdən verilən məlumata görə, Kiyev taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə edilməməsinə yazılı zəmanət verib.

Publika.az