Noyabrın 27-də keçirilmiş prezident seçkilərində Namibiyanın hazırkı vitse-prezidenti Netumbo Nandi-Ndaitva qalib gəlib. Bu barədə bülletenlərin hesablanması başa çatdıqdan sonra seçki komissiyası məlumat yayıb.
Ölkə tarixində ilk dəfə olaraq bu vəzifəni qadın tutacaq. O, fevral ayında xərçəng xəstəliyindən əziyyət çəkən Hage Geingobanın ölümündən sonra yeni prezident kimi and içmiş Nangolo Mbumbanın yerinə keçəcək.
Seçki komissiyasının məlumatına görə, iştirak edənlərin 57%-i xanım Nandi-Ndaitvaya səs verib. Seçkilərdə 15 namizəd iştirak edib. Birinci turda qalib gəlmək üçün səslərin yarıdan çoxu üstəgəl bir səs toplamaq lazım idi.
Netumbo Nandi-Ndaitvanın 72 yaşı var. SSRİ-də oxuyub, burada “Kommunist gənclər hərəkatının işi və təcrübəsi” ixtisası üzrə diplom alıb. Sonrakı illərdə siyasətçi müxtəlif dövlət vəzifələrində çalışıb, millət vəkili olub.
//Samir Qurbanov, Editor.az