Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Azərbaycan hakimiyyətinin Rusiya vətəndaşlarının ölkədə qalma müddətinin məhdudlaşdırılması planlarını şərh edib.
Onun sözlərinə görə, belə qərarlar Bakının hüququdur: “Belə dəyişiklikləri tətbiq etmək Bakının hüququdur”, – deyə Mariya Zaxarova “Vedomosti”yə bildirib.
Qeyd edək ki, dünən, dekabrın 28-də Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkə rusiyalıların respublika ərazisində icazə verilən qalma müddətini dəyişdirmək niyyətindədir. Qərarın Rusiya qanunvericiliyinə əcnəbilərin ölkədə qalma müddətini məhdudlaşdıran düzəlişlərə cavab olduğu bildirilib.
//Samir Qurbanov, Editor.az