Bu qərardan sonra Türkiyədən Azərbaycana gəlmək istəyənlərin sayı artacaqbackend

Bu qərardan sonra Türkiyədən Azərbaycana gəlmək istəyənlərin sayı artacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu vaxta qədər Azərbaycanla Türkiyə hər zaman həm iqtisadi, həm dostluq baxımından yaxın əlaqələrdə idi.

Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov deyib.

O bildirib ki, Azərbaycanın turizm potensialını görmək üçün Türkiyədən səfər edənlərin sayı artacaq:

“Turizm baxımından da hər zaman Azərbaycan vətəndaşları Türkiyəyə gedirdilər. Azərbaycan vətəndaşları həm dil, din baxımından, hərtərəfli bizə yaxın olduğu üçün Türkiyəyə daha çox üz tuturdular. Amma biz Türkiyədən türk qardaşlarımızın ölkəmizə gəlməsini o qədər də müşahidə etmirdik. Bura, əsasən, gələn turistlər başqa ölkələrin vətəndaşları olurdu. Amma düşünürəm ki, hazırda bu ikitərəfli viza rejiminin ləğvi hər iki tərəfə də turistlərin axını baxımından böyük potensial olaraq stimul verəcək.

Bundan əvvəl – 2019-cu ilin sentyabr ayında birinci dəfə Türkiyədən Azərbaycana gəlmə vizası ləğv olunmuşdu. O da bir təkan vermişdi ki, Türkiyə vətəndaşları ölkəmizə çox gələ bilsinlər. Bu axırıncı qərardan sonra artıq hərtərəfli olaraq onların Azərbaycana axınının şahidi olacağıq. Türkiyədən bundan sonra nəinki işlə bağlı, eyni zamanda, ölkəmizin tarixi, mədəni yerlərini, turizm potensialını görmək üçün səfərlərin artacağını düşünürük”.

//milli.az