“Bu qərarlar İstanbul və ya Ankarada qəbul edilə bilər” – Ərdoğan Ukraynadan danışdıbackend

“Bu qərarlar İstanbul və ya Ankarada qəbul edilə bilər” – Ərdoğan Ukraynadan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın şərqindəki vəziyyətlə bağlı atılacaq addımlar barədə əsas qərarlar Türkiyədə qəbul ediləcək.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu qərarlar İstanbul və ya Ankarada qəbul edilə bilər”, – deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, şənbə günü onun mətbuat katibi İbrahim Kalın və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal birlikdə Kiyevə gedib, orada Ukrayna prezidenti Volodimir Zelenski və başqaları ilə görüşüblər.

“Oradan bir sıra istəklər aldıq və yəqin ki, bu həftə cənab Putinlə danışıqlarımız olacaq. Həmçinin, İbrahim Kalın, Uşakovla görüşərək bu prosesi sürətləndirəcəyinə ümid edirəm. Məni maraqlandıran odur ki, biz təxliyəni necə sürətləndirə bilərik, məsələn, Mariupolda bu məsələnin həllini necə tapa bilərik və biz bunu etməyə çalışacağıq”, – deyə Türkiyə Prezidenti bildirib.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə Rusiya və Ukrayna liderlərinin İstanbul və ya Ankarada görüşünün təşkili üçün səylər göstərir.