“Bu, “qırmızı xətt” olacaq və oyun qaydaları dəyişəcək” – NATO üzvü Putini hədələdibackend

“Bu, “qırmızı xətt” olacaq və oyun qaydaları dəyişəcək” – NATO üzvü Putini hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün, martın 13-də NATO üzvü olan Polşanınn prezidenti Anjey Duda bildirib ki, Rusiya Federasiyasının Ukraynada kimyəvi silahdan istifadə etməsi “oyun qaydaları”nı dəyişəcək. Onun sözlərinə görə, bu, NATO üçün “qırmızı xətt” olacaq.

 

Bu barədə o, CNN kanalına açıqlamasında bildirib. Prezident qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bu yana dünya ictimaiyyəti Kremlin rəhbəri Vladimir Putinə getdikcə daha gözlənilməz lider kimi baxır. Rusiya Ukraynada daha güclü müqavimətlə üzləşir, ona görə də Putinin qadağan olunmuş silahlardan istifadə edə biləcəyi ilə bağlı qorxular var.

“O, hər hansı kütləvi qırğın silahından istifadə edərsə, bu, bütün vəziyyəti dəyişəcək. NATO cavab vermək barədə ciddi şəkildə düşünməli olacaq”,- Duda bildirib.

***

Bu arada Böyük Britaniya kəşfiyyatı Rusiya qüvvələrinin planları barədə açıqlama verib. Məlumata görə, Rusiya işğalçı qüvvələri Xarkov və Mariupoldan irəliləməyə çalışacaq. Həmçinin şərqdə Ukrayna Silahlı Qüvvələrini mühasirəyə almağa çalışacaq. Bundan başqa, Rusiya qüvvələri Odessaya doğru irəliləməyə davam etmək üçün Nikolayevdən yan keçmək niyyətindədirlər.

Amma kəşfiyyatçıar bunun asan olmayacağını da bildirib. Britaniyalılar hesab edirlər ki, Rusiya qoşunları Ukrayna ərazisində irəliyə doğru “hər addıma görə ağır bədəl ödəyir ” və Ukrayna Silahlı Qüvvələri onlara bütün istiqamətlərdə inadla müqavimət göstərir.

***

“Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin 18 günü ərzində artıq 13 minə yaxın işğalçı həlak olub”. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Bazar günüdür. Amma indi buna kim əhəmiyyət verir?.. Tammiqyaslı təcavüzün, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal cəhdinin 18-ci günüdür… 18 gündə demək olar ki, 13 min işğalçı öldürülüb. Bu, Rusiyanın hər iki Çeçenistan müharibəsində itirdiklərindən çoxdur”.

bizimyol.info