“Bu qurum istənilən halda dağılmayacaq, çünki oradakı dövlətlər…”- ŞƏRHbackend

“Bu qurum istənilən halda dağılmayacaq, çünki oradakı dövlətlər…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə olmasaydı, deyərdim ki, NATO dağılsın. 55 NATO ölkəsi Rusiya qarşısında nə etdi? Ukrayna Kreml tərəfindən rəsmən sındırıldı, NATO ölkələri də seyrçi qaldı. Tramp ona görə haqlıdır ki, NATO və Avropa İttifaqı bir Birləşmiş Ştatlar deyil. Ağ Evin ikinci dəfə sahibi olan biznesmen prezident də məhz bunu düşünür. Qərb liderlərinin narahatçılığı başa düşüləndir. Çünki, onlar özlərini Amerikasız düşünə bilmirlər”.

Bunu Editor.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi təhlilçi Cavanşir Abbaslı deyib.

O bildirib ki, Donald Tramp NATO-nu bir daha Amerikadan asılı vəziyyətə salmaq istəyir:

“Bunu da zatən Qərb dünyası çox yaxşı bilir. Tramp haqlıdır. Ümumilikdə, dünya iki hissəyə bölünüb, Rusiya və Amerika. Son Ukrayna prosesləri bunu bir daha sübut etdi. NATO dağılacaqmı? xeyr. Fəaliyyətini davam etdirəcək, amma ABŞ orada rolunu azaltsa belə ondan asılı olacaq. Dünyada deyərdim ki, NATO artıq güc qüvvəsini itirib. O dövlətlərin Trampla bağlı heç bir planları ola da bilməz. Planları olsaydı, Trampı Ukrayna ilə bağlı fikirlərindən daşındırmağa cəhd edərdilər. Tramp bir sıra məsələlərdə haqlıdır. ABŞ qədər NATO-ya vəsait ayıran ölkə varmı? Tramp da düşünür ki, xeyir ola? Bu qurum istənilən halda dağılmayacaq. Çünki oradakı dövlətlər öz təhlükəsizlikləri üçün bunu istəmirlər. Amma getdikcə nüfuzunu itirəcək. Dirçəlməsi lazımdır. Hesab edirəm ki, Amerika NATO-nun zəifləməsinə imkan verməz. Çünki onun dayaqlarından biridir. Sadəcə son illərdə bəzi qeyri-ciddi ölkələr bu quruma üzv oldu. O da getdikcə NATO-nun ciddiyyətini itirməkdədir. Bu hal da çox davam edə bilməz. Məsələn, bir dövlətə qəzəbin varsa, başqa qeyri-ciddi dövlətləri ağuşuna ala bilməzsən. İsveç və Finlandiya nümunəsində…”.

//Gülnarə Abasova, Editor.az