“Bu qüvvələr birlik olub Azərbaycanı məğlub etməyə çalışır”- ŞƏRHbackend

“Bu qüvvələr birlik olub Azərbaycanı məğlub etməyə çalışır”– ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir neçə aydır ki, Ermənistan ərazisinə Avropa İttifaqı monitorinq missiyasını yerləşdirib. Bu müddət ərzində sülhü təşviq edəcək hər hansı addımının şahidi olmadıq. Hətta onların vaxtlarının hələ bir müddət uzadılması da tələb olunur. Belə bir sual yaranır ki, missiya tərəflər arasında münasibətlərin normallaşması məqsədi daşıyırdısa, nəyə
görə təxribatlar hələ də davam edir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, baş verənlərdə məqsəd Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq deyil:

” Əsas niyyət antiRusiya güc mərkəzini formalaşdırmaqdır. Avropanın Monitorinq missiyasının tərkibi hərbiçilər, xüsusi təyinatlılar, kəşfiyyatçılardır.Rusiya elə başdan bu missiyanın fəaliyyətinə böyük qıcıqla yanaşmışdı. Qərbi buraya yerləşdirməyə çalışırlar. Buna paralel olaraq bu məsələdə ABŞ-ın da alt niyyəti ola bilər. Oyun içərisində oyun gedir”.

Siyasi şərhçinin fikrincə, baş verənlərə Ukrayna müharibəsi kontekstində baxmaq lazımdır:

“Rusiyaya potensial cəbhə açmaq imkanlarını nəzərdən keçirirlər. Baxmutda gedən şiddətli döyüşlər də buna aiddir.
Ermənistan yenə təxribatlarını davam etdirəcək. İrəvanın baş naziri Nikol Paşinyan açıqlama verir ki, Azərbaycan hücuma başlayacaq. Niyə Ermənistana hücum edək? Ümumiyyətlə, Azərbaycanın elə bir öhdəliyi yoxdur. Ortada nə sülh müqaviləsi, nə də sərhəd var. Onların iddia etdiyi kimi deyil. Haradı Ermənistanın torpağı? İstəyirlər ki, Azərbaycan müharibə etsin və onlarda birlik olub rəsmi Bakını məğlub etsinlər. Ölkəmizin maraqlarına uyğun addımı elə özü atacaq. Proseslər göstərir ki, indiki şəraitdə erməni təxribatlarına qarşı tədbirli olmaq lazımdır”.

//Safura Bənnayeva, Editor.az