Bu rayonda bir həftədə 2-ci körpə ölümübackend

Bu rayonda bir həftədə 2-ci körpə ölümü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada daha bir yeni doğulan körpə ölüb.

Editor.az  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib.

Rayonun Yuxarı Tala kənd sakini Pərvana Şahid qızı İsgəndərova 04.11.2024-cü il tarixində qeysəriyə yolu ilə körpə dünyaya gətirib. Ötən gecə yeni doğulan cinsi oğlan olan körpə Zaqatala RMX-nın doğum şöbəsində dünyasını dəyişib.

Xatırladaq ki, bu, bir həftə ərzində rayonda ikinci yeni doğulan körpə ölümüdür. Noyabrın 1-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasında körpə ölümü qeydə alınmışdı. Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü şəxsin doğuşu baş tutsa da, 3500 qr çəkidə ölü döl doğulub.