“Bu Sammit həm də müxtəlif şəraitlərdə türk dövlətlərinin bir-birinin yanında olduğunun göstəricisidir”- Ceyhun Məmmədovbackend

“Bu Sammit həm də müxtəlif şəraitlərdə türk dövlətlərinin bir-birinin yanında olduğunun göstəricisidir”- Ceyhun Məmmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şuşa növbəti dəfə Azərbaycanın təşəbbüsü ilə Türk dövlətlərinin toplaşdığı mühüm məsələləri müzakirə etdiyi məkan oldu. Bildiyimiz kimi əvvəlki dövrlərdə də Şuşada dəfələrlə müxtəlif tədbirlər keçirilib. Xüsusilə də son tədbirin əsas məqsədi Türk dövlətlərinin birliyinin , həmrəyliyinin daha da gücləndirmək və Türk dövlətlərini beynəlxalq  bir gücə və təşkilata çevirməkdir”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü barədə fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, bu gün dünyada çox ciddi proseslər gedir:

” Bu gün biz artıq beynəlxalq təşkilatların öz rolunu oynaya bilmədiyini dünyada gərginliyin və münaqişənin artığını görürük  və bu mənada Azərbaycanın növbəti dəfə belə bir tədbirə ev sahibliyi etməsi , növbəti dəfə belə bir təşəbbüslə çıxış etməsi olduqca vacib və önəmli bir məsələ kimi qiymətləndirilməlidir. Cənab Prezident çıxışında çox önəmli məsələlərə toxundu, bu gün Türk dövlətlərinin əməkdaşlığı üçün çox böyük imkanları var, bu gün Azərbaycan və Türkiyə  olduqca mühüm kommunikasiya xətlərinin üzərində yerləşir və yükdaşımaları üçün çox geniş imkanlarımız var.

Azərbaycan iqtisadi potensialını da daha da gücləndirir. Orta Asiya Respublikaları öz məhsullarını Azərbaycan ərazisindən keçirməklə dünyanın müxtəlif bölgələrinə göndərə bilirlər. Və buda olduqca vacib və mühüm məsələlərdən biridir. Digər məsələlərdən biri isə məlum olduğu kimi Şuşa bu gün İslam mədəniyyətinin paytaxtıdır və ondan əvvəl Türk dünyasının paytaxtı idi. Bu gün Azərbaycan xalqı hər il 8 noyabrı Zəfər Günü kimi qeyd edir və Türk liderlərinin buraya gəlməsi burada görülən işləri görməsi və eyni zamanda Ermənistanın törətdiyi vəhşiliklər ilə yaxından tanış olması da çox önəmlidir. Bu gün Azərbaycan Şuşanı , Qarabağı yenidən qurur , yenidən dirçəldir və bu tədbir bir daha onu göstərir ki Şuşa Azərbaycanındır , Qarabağ Azərbaycandır və Azərbaycan bu əraziləri azad etdikdən sonra qısa bir zamanda burada böyük quruculuğ və abadlıq işlərinə başlayıb”.

C.Məmmədov bildirib ki, bu sammit həm də Türk dünyasının birliyinin həmrəyliyinin, müxtəlif vəziyyətlərdə müxtəlif şəraitlərdə türk dövlətlərinin bir-birinin yanında olduğunun göstəricisidir:

“Bu gün biz Türk dünyasının daha sürətli formada inkişaf etdiyini birləşdiyini və  gücləndiyini açıq aydın görürük və bütün bunlar da ona əsas verir deməyə ki Türk dünyası yaxın müddətdə böyük bir gücə və böyük bir potensiala çevriləcək və bu bizə imkan verəcək ki,  biz qarşımıza qoyduğumuz hədəf və məqsədlərə nail olaq”.

//Gülnarə Abasova, Editor.az