Bu savaşda NATO qüvvələrinə Türkiyə rəhbərlik edəcək?backend

Bu savaşda NATO qüvvələrinə Türkiyə rəhbərlik edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli yazar Çətinər Çətin 2014-cü ildə Ukrayna krizisi ilə bağlı NATO-da yaradılan Yüksək hazırlıqlı birləşmiş operativ qrupa (VJTF) Ankaranın rəhbərlik etdiyini xatırladıb. Bildirib ki, açıq konflikt zamanı bu qrup Kiyevin yardımına getməlidir. Türkiyə isə burda artıq iştirakçı olmayacaq, həm də bu hərbi əməliyyata faktiki olaraq rəhbərlik edəcək.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu iddiaları yerli mediaya şərh edən Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakış Ukraynada müharibə ehtimalının çox az olduğunu vurğulayıb.

“Ölkələr arasında yüksək gərginlik dövründə kiçik bir qığılcım belə daha geniş münaqişəyə çevrilə bilər. Bununla belə, hesab edirəm ki, indiki vəziyyətdə Rusiya ilə Ukrayna arasında qaynar toqquşma ehtimalı azdır. Çünki belə bir münaqişənin yaranması üçün heç bir şərait yoxdur. Rusiya ilə NATO arasında qaynar toqquşma ehtimalı da azdır. Çünki bu, müəyyən mənada III Dünya müharibəsinin başlaması deməkdir”, – Yakış qeyd edib.

Y.Yakış deyib ki, Türkiyənin bu qrupa rəhbərliyi bu il başa çatır, buna baxmayaraq, NATO üzvü kimi Ankaranın VJTF-dən imtinası mümkün deyil:

“Ancaq Türkiyə və Rusiya hələlik münasibətləri seqmentlərə bölərək, saxlamağı bacarırlar. Başqa sözlə, Ankara və Moskva bir sahədə çətin əlaqələrin digər sahədəki yaxşı münasibətləri korlamasına imkan vermirlər. Məsələn, onlar Liviyada və İdlibdə bunu bacardılar. Əgər Türkiyə və Rusiya Ukrayna məsələsində toqquşsa, eyni yanaşmanı orda da tətbiq edə bilərlər”.