Bu səbəbə görə ermənilər hakimiyyəti günahlandırır-ŞƏRHbackend

Bu səbəbə görə ermənilər hakimiyyəti günahlandırır-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülh danışıqları çərçivəsində baş tutan görüşlər fonunda Ermənistanın gözlədiyi nəticələr əldə edilmədi. Ermənistan hakimiyyəti artıq istəklərini reallaşdırmaq üçün məsələni revanşist bəyanat verə biləcək müxalifət düşərgəsində olan şəxslərə ötürür”.

Bu fikirləri Editor.az-a hərbi ekspert Elxan Şıxəliyev mediada yayılan erməni rəsmilərinin “Şuşa və Hadrutu azad etməliyik” fikirlərinə münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən səslənən revanşist bəyanatların heç bir əsası yoxdur:

“Bizim üçün iki istiqamətdə təhlükə var idi. Birincisi, Ermənistan tərəfindən baş tutması gözlənilən təxribatlar idi. Hansı ki, bu gün erməni silahlı qüvvələri elə bir vəziyyətdədir ki, ərazilərimizdə artıq hansısa əməliyyat həyata keçirtməyə cəsarəti yoxdur. İkincisi isə daxildə olan separatçı qüvvələrin hansısa təxribat törətməsi idi. Bunlari yaxşı bilən Ermənistan vəziyyətdən çıxış yolu axtarır. Xüsusən də daxildəki qeyri -qanuni birləşmələrin silahsızlaşdırılmasını həyata keçirməsələr, rəsmi Bakının cavabı ağır olacaq. Ermənistan qorxu içərisindədir. Ona görə də səsləndirilən bəyanatlar “söz duel” ini həyata keçirməyə xidmət edir. Arxasında heç bir hərbi güc yoxdur. Bu gücü yaratmaq üçün İrəvan üçüncü ölkə İran, Rusiya və ya Fransadan istifadə etmək istəyir. Lakin rəsmi Bakı hər bir təhdidedici addımın qarşısını almaq iqtidarındadır”.

//Safura Bənnayeva, Editor.az