“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində müəyyən fasilə yarandığını demək doğru deyil”.
Bunu Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq tərəflər arasında danışıqların davam etdiyinə diqqət çəkib:
“Bununla belə havadarlarından Ermənistana hərbi-texniki yardımlar hələ də göndərilir. Buna güvənən İrəvanın ikitərəfli danışıqlar müstəvisində Bakının təkliflərindən boyun qaçırması müharibə ehtimalını artırır. Azərbaycan Ermənistanın Londondakı danışıqlardan boyun qaçırması, sərhəddə yenidən təxribatlara cəhd etməsini müharibəyə hazırlığı kimi qiymətləndirir. Hesab edirəm ki, geniş müharibə ehtimalı azdır, ancaq sərhəddə müəyyən lokal xarakterli hərbi əməliyyatlar ola bilər. Ancaq hər bir halda Bakı qətiyyən bunda maraqlı deyil. Ermənistan tərəfi Fransanın təhriki ilə müəyyən təxribatlara əl ata bilər”.
//Gülnarə Abasova, Editor.az

