“Amerikanın tarix boyu bir çox ölkələrə borcu çox olub. Ümumiyyətlə, pandemiyadan sonrada dünyada iqtisadi vəziyyət xeyli çətinləşdi. Bundan əvvəl də neftin qiymətlərinin düşməsi, müharibələr, ikitərəfli sanksiyalar vəziyyəti getdikcə gərginləşdirdi”.
Bu fikirləri Editor.az-a siyasi analitik Əhəd Məmmədli ABŞ-ın Ukraynaya yardımı dayandırma səbəbləri ilə bağlı danışarkən deyib.
Analitik ölkələr arası sanskiyaların qarşılıqlı şəkildə həyata keçirildiyinə diqqət çəkib:
“Sanksiyanı tətbiq edən ölkəyə də onun təsiri olur, çünki qarşılığını mütləq alır. Məsələn, ABŞ Rusiyaya sanksiyalar tətbiq etdikdən sonra ölkədə benzinin qiymətinin qalxması buna işarədir. Ölkədə istər-istəməz qiymətlər qalxdı və sosial vəziyyət əvvəlkindən daha çətinləşdi. Bu da ölkə əhalisində müəyyən suallar yaratdı. Çünki, Amerika tərəfindən Əfqanıstana 20 ildə 3 trilyon dollardan çox yardım edilib, Ukraynaya yardımlar dayanmırdı. Beləliklə, ABŞ-da orta vəziyyətdə dolanan vətəndaşın artıq hökumətə qarşı narazılığı yarandı. ABŞ-da bu il prezident seçkiləridir, ona görə hakim partiya çalışır ki, xalqın dəstəyini qazansın. Çünki demokratlar üçün Donald Trumpın yenidən prezident olma ehtimalı var. Bir tərəfdən Ukrayna müharibəsində istənilən nəticələrin alınmaması, İsrail-HƏMAS müharibəsi, ABŞ-da prezident seçkiləri Ukraynaya yardımın azalmasına gətirib çıxartdı”.
//Gülnarə Abasova, Editor.az

