Bu seçkilərdə Qərb Rusiyaya qalib gəldi və bundan sonrabackend

“Bu seçkilərdə Qərb Rusiyaya qalib gəldi və bundan sonra…” 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda əvvəlcədən də gözlənildiyi kimi Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş Müqaviləsi” İttifaqı qalib gəldi. Amma, bəzi sorğularda R. Koçaryanın N. Paşinyana qalib gələcəyi qeyd edilirdi”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, 75% səslər sayıldıqdan sonra Ermənistandakı növbədənkənar parlament seçkilərinin nəticələri belədir:

“N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyası – 55,66% ;

R. Koçaryanın “Ermənistan” bloku – 20%;

S. Sarqsyanın “Şərəfim” bloku – 5,28% ;

Q. Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası – 4,33%”

Məhəmməd Əsədullazadə bildirib ki, N. Paşinyan seçkini favoriti olaraq təkbaşına hökumət formalaşdıracaq. Ermənistan əhalisi R. Koçaryan və və digər siyasi qüvvələri seçməməklə müharibənin əleyhinə olduğunu və ölkəni praqmatik lider N. Paşinyana etibar etdilər:

“N.Paşinyanın qalib gəlməsində eks-prezident L.T. Petrosyanın da rolu danılmazıdr. Məhz o, seçki kampaniyasında əsas hədəfi müharibə tərəfdarı R. Koçaryana qarşı idi. N. Paşinyan ölkənin inkişafı və sabitliyi üçün Azərbaycan və Türkiyə ilə əlaqələri xüsusi vurğulayırdı. Bu seçkilərdə Qərb Rusiyaya qalib gəldi və bundan sonra N. Paşinyan Rusiyanın ölkəsində mövqelərinin zəiflədilməsi istiqamətində siyasət aparacaq. Ermənistanda R. Koçaryan və S. Sarkisyanın etiraz aksiyaları yetərli olmayacaq. Paralamentdə R. Koçaryan əsas ana müxalifət olaraq fəaliyyətini sürdürəcək. Onun hökumətin işinə mane olması mümkün olmayacaq”.

Politoloq qeyd edib ki, N.Paşinyanın qələbəsini əsas şərtləndirən amillər onun elan etdiyi vədlərdi:

“O, ölkəsi üçün sülh, inkişaf, ölkənin blokadan çıxarılmasını elan edirdi. Onun rəqibi R. Koçaryan isə blokadanın davam etdirilməsi, Rusiya ilə sıx əlaqələr və müharibənin bərpa olunması mesajlarını verirdi. N. Paşinyan bir neçə aydan sonra konstitusiyada dəyişikliklərə gedərək, parlament respublikasını ləğv edib, prezident postunda əyləşəcək. Prezidentin səlahiyyətlərini artıracaq. Prezident A. Sarkisyanın yerinə müvəqqəti olaraq N.Paşinyan öz adamını gətirməsi gözlənilir. Yaxud keçid prezident olaraq referenduma kimi qala bilər. A. Sarkisyanın geniş səlahiyyəti yoxdur və bundan sonra mövqeləri daha da zəiflədi”.

Məhəmməd Əsədullazadə bildirib ki, 10 noyabr və 11 yanvar razılaşmalarının yerinə yetirilməsi üçün N. Paşinyanın addımlar atması gözlənilir:

“Düşünmürəm ki, Azərbaycanla münasibətləri böhrana yuvarlasın. Çünki, hazırda Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə əlaqələrdən asılıdır. ABŞ-ın vasitəçiliyi ilə N. Paşinyan və prezident İlham Əliyev münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar üçün Tiflisdə görüşə bilərlər. Rusiyanın vasitəçiliyinə gəldikdə isə, N. Paşinyan Rusiyanın vasitəçiliyini qəbul etməyəcək. Azərbaycan da  Rusiyanın bu istiqamətdə fəaliyyətini qəbul etmir. Ermənistan üçün post-müharibə dövründə yeni səhifə açıldı. Ermənilər N. Paşinyan yenidən şans verdilər ki, ölkəni inkişaf və qərbə inteqrasiya etdirsin. Əgər, N. Paşinyan Azərbaycanla əlaqələri bərpa etməsə, düşmənçiliyi davam etdirsə, blokada aradan götürülməsə, Azərbaycan hərəkətə keçə bilər. Bu da N. Paşinyan qarşı daxili etirazlar formalaşdıra və hakimiyyətdən devrilə bilər. Bunu N. Paşinyan da çox yaxşı bilir. Ona görə də N. Paşinyan Azərbaycanla əlaqələrin normallaşdırılmasına məhkumdur.

//Gülnarə Abasova, Editor.az