Bu səfər NATO-nun Cənubi Qafqazla bağlı planlarına hesablanıb-ŞƏRHbackend

Bu səfər NATO-nun Cənubi Qafqazla bağlı planlarına hesablanıb-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 2-dən 5-dək NATO Beynəlxalq Hərbi Qərargahının baş direktoru, general-leytenant Yanuş Adamçak Ermənistanda səfərdə olub. Bu barədə qurumun rəsmi saytında məlumat paylaşılıb. Bildirilib ki, İrəvanda olarkən Yanuş Adamçak, hərbi rəhbərlər və yüksək vəzifəli şəxslərlə görüşüb. Onların müzakirələrinə hərbi əməkdaşlıq, müdafiə islahatları və regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi daxil olub.

Siyasi şərhçi Kənan Novruzov Editor.az-a açıqlamasında bildirib ki, bu niyyət kifayət qədər həqiqətə uyğundur:

“NATO-nun, ümumiyyətlə Qərb dünyasının Cənubi Qafqazla bağlı planlarına uyğundur. Gözlənilən odur ki, NATO Ermənistanla bağlı planlarını inkişaf etdirəcək. Bu isə NATO müttəfiqlərinin bir çoxunu, xüsusilə ABŞ-ın Cənubi Qafqazla bağlı çirkin niyyətlərindən xəbər verir. Belə ki, bu dövlətlər Ermənistan vasitəsilə regiona soxulurlar, bunu Azərbaycan və ya Gürcüstan vasitəsilə edə bilməzlər. Çünki Ermənistana təsir imkanları daha rahatdır və onu  öz tərəflərinə çəkərək şirnikləndirirlər, regiona müdaxilə edirlər, regionda təsir imkanları artır və eyni zamanda, öz rəqiblərinin, xüsusilə Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını azaltmağa çalışırlar. Eyni prosesin isə Şərqi Avropada şahidi olduq. NATO guya Ukraynanı özünə üzv edirdi. Belə ki, Ukrayna bataqlığa çevrildi, Rusiya isə o bataqlığa çəkildi. İndi isə Cənubi Qafqazda həmin proseslər təkrarlanır. Belə davam edərsə, bir müddət sonra Rusiya Ermənistana hərbi müdaxilə edə bilər. Bu, istisna deyil. Hərçənd ki, bu Rusiya üçün sonuncu variantdır. O vaxta kimi çalışacaq ki, vəziyyəti siyasi yolla həll etsin. Çünki Rusiyanın Ermənistana hərbi müdaxiləsilə onun üçün çətin nəticələr verə bilər. Onsuz da Ukraynada bataqlıqdadır və başqa bir ölkəyə daha hərbi müdaxilə etsə və yenidən bataqlığa çəkilsə bunun altından çıxmaq çətin olacaq. NATO-nun istəyi isə buna hesablanıb. ABŞ bu gün dünyanın bir çox regionunda xaos yaradır və beləliklə, bununla təsir rıçaqlarını gücləndirir, rəqiblərinin təsir imkanlarını azaldır və silah biznesini işə salır. Təsadüfi deyil ki, bu gün dünyada silah alveri bir nömrəli ticarət sahəsidir. Belə davam edərsə  perspektivdə NATO müttəfiqləri arasında fikir ayrılığı yaranacaq və gözləniləndir ki, Türkiyə ilə ABŞ arasında münasibətlər pisləşəcək”.

//Gülnarə Abasova, Editor.az