Bu şəhid övladları tələbə oldular: Adlar – FOTObackend

Bu şəhid övladları tələbə oldular: Adlar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə yerləşdirməsinin nəticələrini elan edib.

Ali təhsil müəssisələrinin tələbəsi adı qazanmış 51941 abituriyent arasında şəhid övladları da var.

Yenisabah.azonların siyahısını təqdim edir:

Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu – İstanbul Texniki Universiteti, ADA Universiteti

Şəhid polkovnik-leytenant Mehman Qənbərovun oğlu Nurlan Qənbərov – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Energetika mühəndisliyi

Şəhid polkovnik-leytenant Nail Orucovun oğlu Əlihəsən Orucov – Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sənaye mühəndisliyi

Şəhid baş leytenant Azər Şəmilovun qızı Aynurə Şəmilova – ADA Universiteti, Hüquqşünaslıq

Şəhid çavuş Niyazi İsgəndərovun oğlu Ömər İsgəndərov – Mingəçevir Dövlət Universiteti, İnformasiya texnologiyaları

Şəhid polkovnik-leytenant Atəm Əliyevin oğlu Vaqif Əliyev – Giresun Universiteti, İqtisadiyyat

Şəhid polkovnik Zaur Nudirəliyevin oğlu Ömər Nudirəliyev – Azərbaycan Memarlıq və İnşaat Universiteti, Kommunikasiya sistemləri mühəndisliyi

Şəhid baş leytenant Elmar İbayevin oğlu Hikmət İbayev – Alanya Alaaddin Keykubat Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti

Şəhid mayor Əhməd Abdullayevin oğlu Hüseyn Abdullayev – ADNSU, Elektrik və elektronika mühəndisliyi

Şəhid çavuş Bəxtiyar Bəkirovun oğlu Yavər Bəkirov – Azərbaycan Tibb Universiteti, Hərbi tibb

Şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli – Xəzər Universiteti, Təsviri incəsənət müəllimliyi

Şəhid çavuş Rahib Fətəliyevin qızı Tavat Fətəliyeva – Azərbaycan Dövlət Pedoqoji Universiteti, Riyaziyyat müəllimliyi

Şəhid baş leytenant Orxan Əsgərovun qızı Aysu Əsgərli – Bursa Uludağ Universiteti, Diş həkimliyi

Şəhid miçman Mirzə Axundovun oğlu Ağasəlim Axundzadə – İstanbul Aydın Universiteti, Biomedikal

Şəhid mayor Sübhi Mürsəliyevin oğlu Rüstəm Mürsəliyev – Azərbaycan Texniki Universiteti, Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

Şəhid mayor İlqar Verdiyevin oğlu Orxan Verdizadə – ADA Universiteti, Biznesin idarə edilməsi

Şəhid polkovnik-leytenant Sənan Axundovun qızı Axundova Nəzrin Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universiteti( (ГАСУ) Memarlıq fakültəsi.