Bu şəxslər avtobuslardan və metrodan pulsuz istifadə edəcək – RƏSMİbackend

Bu şəxslər avtobuslardan və metrodan pulsuz istifadə edəcək – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

9-24 noyabr 2024-cü il tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün avtobus marşrutlarından istifadə ödənişsiz olacaq.

Bu barədə Editor.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

“Bakı Metropoliteni” QSC-dən isə verilən məlumatda bu gündən 22 noyabr tarixinədək metroda COP29 iştirakçıları üçün istifadənin ödənişsiz olacağı bildirilib.

Məlumata görə, metro və avtobuslardan istifadə üçün COP29 iştirakçıları akkreditasiya kartlarını təqdim etməlidir.