Bu şəxslər diqqətli olsunlar – İntim videolarınız yayıla bilərbackend

Bu şəxslər diqqətli olsunlar – İntim videolarınız yayıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkələrdə gənc qız profilləri ilə kişilərə zəng edib onları soyunduran, daha sonra videoya çəkən şəbəkə ortaya çıxdığının şahidiyik. Sosial şəbəkələrdə artıq bu cür “təcrübələr”in sürətlə yayıldığını görürük. Buna misal olaraq Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyevin, YAP-ın İdarə Heyətində partiyanın Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun və bir çox məmurların sözügedən kadrlarını misal göstərmək olar.

Editor.az xəbər verir ki, bu xoşagəlməz tendensiya ilə bağlı texnobloqer Fərid Pərdəşünas açıqlama verib:

“Azərbaycana kiber şantaj hücumu var. Bir çox siyasi şəxslər də hədəflənir. Xüsusən yaşlı nəsil diqqətli olmalıdır. Hücum növündə sizə tanımadığınız şəxslər zəng edir və danışıq ərzində sizə intim hərəkətlər nümayiş etdirilir və sizdən tələb olunur ki, öz “məharətlərinizi” göstərəsiniz. Siz bunu edəndə isə danışıq video yazı şəklində qeydə alınır. Daha sonra videonun silinməsi üçün vəsait tələb olunur. Etmədiyiniz halda isə videolarınız internetdə yayılır. Mənə də bir sıra belə zənglər daxil olub, lakin prosesdən xəbərdar olduğum üçün, əks həmlə ilə birinci videonu mən çəkmişəm. Bu hücumdan qorunmağın yolu diqqətli olmaq, tanımadığınız adamlarla virtual intim münasibətlərdən çəkinməkdir”.