Bu şəxslər pulsuz ev ala biləcəklər – Yeni qaydabackend

Bu şəxslər pulsuz ev ala biləcəklər – Yeni qayda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidenti İlham Əliyev “Mənzil Məcəlləsi”nə olunan dəyişiklikləri təsdiq edib.  Sənədə əsasən, sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək”.

Bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, qanunvericiliyə əsasən, dövlət dəstəyi ilə bir sıra ailələr və vətəndaşlar pulsuz evə sahib olurlar:

“Şəhid ailələri, müharibə qaziləri, Çernobıl qəzasında əlilliyi olan şəxslər və valdeyinlərini itirmiş vətəndaşlara sosial mənzil fondundan istifadə etmə şəraiti yaradılır.  Yeni dəyişikliklərə yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınması, onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi daxildir. Bu, pulsuz mənzillərə əlçatanlığı daha da artıracaq”.

Millət vəkili qeyd edib ki, yeni qaydalara əsasən, sosial mənzil məcəlləsinin 48-ci maddəsində dəyişikliklər təsdiq edilib:

“Bu, sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə bağlı maddədir. Qanuna görə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilər”.