Bu şəxslərdən COVID-19 pasportu istənilməyəcəkbackend

Bu şəxslərdən COVID-19 pasportu istənilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı(BMT) Baş Assambleyanın yüksək səviyyəli iclaslarına qatılacaq dünya liderlərindən COVID-19 pasportunun tələb olunacağı xəbərini şərh edib.

Xatırladaq ki, sözügedən açıqlama ilə BMT-nin Baş katibi Antonio Quterreş çıxış etmişdi.

Editor.az axşam.az-a istinadən xəbər verir ki, lakin BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik sözügedən tələbin məcburi olmadığını vurğulayıb.

“BMT Baş katibinin nümayəndə heyətlərini nəyəsə məcbur etmək səlahiyyəti yoxdur”, – deyə Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.