Bu şəxslərin aylıq vəzifə maaşı ARTIRILIBbackend

Bu şəxslərin aylıq vəzifə maaşı ARTIRILIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Fərmana dəyişiklik edilib.

Editor.az  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, “Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 199; 2023, № 1, maddə 49, № 6, maddə 785, № 9, maddə 1293) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmana 1 nömrəli Əlavə – “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşları”nın 1.8-ci bəndinə “rəisinin müavini” sözlərindən sonra “, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini” sözləri əlavə edilsin;

1.2. həmin Fərmana 2 nömrəli Əlavə – “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nın 1.6.15-ci, 1.7.13-cü və 2.3.1-ci yarımbəndlərindən “Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda,” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.