Bu şəxslərin maaşı 35 faiz artıb – RƏSMİbackend

Bu şəxslərin maaşı 35 faiz artıb – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ilə qədər 135 min müəllim sertifikatlaşdırmaya cəlb olunacaq.

Musavat.com xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, 2026-cı ilə qədər 135 min təhsilverən sertifikatlaşdırma prosesinə qatılacaq.

Nazir qeyd edib ki, sertifikatlaşdırmadan müvəffəqiyyətlə keçən müəllimlərin maaşlarına artımlar ediləcək:

“Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqqılarına əlavələr olunacaq. Bu əlavələr 10 faizdən 35 faizə qədər olacaq və nəticədə orta əməkhaqqının artmasına səbəb olacaq. 2023-cü ilin fevral ayında orta əməkhaqqı 790 manat təşkil etmişdi”.

Sertifikatlaşdırmanın təhsil sektorunda keyfiyyətin artırılmasına töhfə verməsi gözlənilir.