“Bu, sülh danışıqları prosesinin birinci mərhələsinin yekunu kimi dəyərləndirilə bilər”-ŞƏRHbackend

“Bu, sülh danışıqları prosesinin birinci mərhələsinin yekunu kimi dəyərləndirilə bilər”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq son bir neçə gündür ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya məsələləri barədə danışıqlar intensivləşib. Məlumdur ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistanın Baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun iclasında Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub. Ermənistanın Zəngəzur dəhlizi üzərindəb dəmiryol xəttinin açılmasına razılıq verməsi sülh danışıqları prosesinin birinci mərhələsinin yekunu kimi dəyərləndirilə bilər”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Samir Hümbətov deyib.

Siyasi analitik Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistandan sonra Azərbaycana səfərinə də diqqət çəkib:

“Aİ rəsmisi  Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası və bu hissədə hərəkətin təşkilini müzakirə edib. Görünür,  Avropa İttifaqı da proseslərdə son vəziyyətin hansı yerdə olduğunu öyrənməyə çalışır. Belə ki, bir növ Moskvada əldə olunan razılıqlara baxış keçirtmək istəyir. Ona görə də ən doğru variant kimi məsələni yerində araşdırmağı seçib. İndi isə növbə Azərbaycandadır. Hər bir halda Aİ-nın da Cənubi Qafqazla bağlı müəyyən gedişləri var. Ümid edirəm ki aparılan danışıqlar, baş tutan səfərlərin hər biri sülh danışıqlarının daha da sürətlənməsinə hesablanıb”.

//Gülnarə  Abasova, Editor.az