Bəzi taksi sürücüləri isə müştərilərinə kreativlik edərək, tıxaclı yollarda daha əyləncəli vaxt keçirmələri üçün avtomobilin salonuna müxtəlif dəyişiklər edərək, süvenirlərlə, əşyalarla bəzəyir, tavanına cürbəcür işıqlar yerləşdirir. Avtomobilində ev quşları saxlayan taksi sürücülərinə də rast gəlmək mümkündür.
Bəs bu onların təhlükəsizliyi baxımından bunlar doğrudur?
Nəqliyyat məsələləri üzrə ekspert ekspert Aslan Əsədov mövzu ilə bağlı “Yeni Sabah”a danışıb:
“Bu məsələlərə baxış keçirsək, görərik ki, bu, bir neçə avtomobildə mövcud ola bilər. Bu avtomobilin salonunda konstruksiya dəyişikliyi edilmədən həyata keçirilən bir şeydir. Ona görə də qanun pozuntusu sayılmır. Taksi sürücüsü əgər bir kreativ addımı nəticəsində müştərinin diqqətini qazanırsa, həmçinin, konstruksiya dəyişikliyi olmadan bunu edirsə, nə xoş halımıza”.
Ekspert məsələ ilə bağlı vacib bir nüansı da diqqətə çatdırıb:
“Ancaq burada belə bir məqam var ki, nəqliyyat vasitəsini idarə edən zaman mütləqdir ki, insanlar tərəfindən kənar müdaxilələrə yol verilməsin. Bu və ya digər formada nəqliyyat vasitəsini idarə edən zaman bu nüanslara fikir vermək vacibdir. Nəqliyyat vasitəsində azyaşlıların və gənclərin rəğbətini qazanacaq, onların ideya, təfəkkürünü inkişaf etdirəcək addımlar atılacaqsa, niyə də olmasın”.

