Bu taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur – RƏSMİbackend

Bu taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda taksi sifarişi operatorları ilə işləyən taksi minik avtomobillərinə taksometrin quraşdırılmasına ehtiyac yoxdur.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.

“Taksi sifarişi operatorlarının proqram təminatı taksometr funksiyasını yerinə yetirir. Gedişhaqqı proqram təminatı ilə hesablanır”, – açıqlamada qeyd olunub.

Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.