“Bu tələb təsdiqlənməsə, Rusiyadan…” – Türkiyədən mesajbackend

“Bu tələb təsdiqlənməsə, Rusiyadan…” – Türkiyədən mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresi “F-16” qırıcılarını satmaqdan imtina edəcəyi təqdirdə, Türkiyə Rusiyanın “Su-57” təyyarələrini almaq imkanını nəzərdən keçirəcək.

Bu barədə Türkiyənin “Milliyət” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Ankara Vaşinqtondan artıq Türkiyə ordusunun arsenalında olan 40 ədəd “F-16 Block 70” döyüş təyyarəsi tələb edib.

Məqalədə qeyd edilib ki, bu tələb Konqres tərəfindən təsdiqlənməsə, Türkiyə Rusiya istehsalı olan “Su-57”-lər də daxil olmaqla alternativlər axtarmağa başlayacaq.

Teleqraf.com